Azərbaycanın Beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Çempionlar Liqasının matçına təyinat alıb.

Offsideplus.az xəbər verir ki, Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək “ Verva ” (Polşa)–“ TOURS VB ” (Fransa) oyununda ikinci hakim olacaq.
Varşavanın "Ursinov Arena"sında baş tutacaq görüşdə əsas referi funksiyasını Andrey Zenoviç yerinə yetirəcək, matç dekabrın 4-də olacaq.