Almaniyanın Fridrihshafen şəhərində kişi voleybolçuları arasında Çempionlar Liqasının oyunu keçiriləcək.

Offsideplus.az xəbər verir ki, E qrupunun “Rozelar”la (Belçika) qarşılaşmasına Azərbaycan Voleybol Federasiyası İB-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman təyinat alıb. Avropa Voleybol Konfederasiyası (CEV) təmsilçimizi dekabrın 4-də baş tutacaq görüşə supervayzer təyin edib. İlk tur çərçivəsində keçiriləcək oyun “Fridrihshafen Arena”da olacaq.