2006-2007-ci il təvəllüdlü qız voleybolçular arasında Bakı çempionatında növbəti görüşlər oynanılıb.

Offsideplus.az xəbər verir ki, “Azəri” komandası “Azərreyl 1” və “Azərreyl 2”ni 2:0 hesabı ilə məğlub edib. “Xətai” “Azərreyl 2”yə 2:0 hesabı ilə qalib gəlsə də, “Azərreyl 1”ə eyni hesabla uduzub.

Altı komandanın iştirak etdiyi yarışın turnir cədvəlinə “Azəri” komandası liderlik edir.