Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 6-cı turun qarşılaşmalarına yekun vurulub.

Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.

“Zirvə” “Atletik”ə, “Sərkərdə” “Sıçrayış”a, “Xırdalan” isə “80-lər”ə qalib gəlib.

Turun ilk qarşılaşmasında isə “Gəncə” “Atom”u 79:65 hesabıyla üstələmişdi.

Zirvə – Atletik 73:61
Sərkərdə – Sıçrayış 84:64
Xırdalan – 80-lər 80:67