NBA-da "Hyuston Rokets"in öz meydanında "LA Klippers"ı 102-93 hesabı ilə məğlub etdiyi geceyə ata-oğul arasında yaşananlar damğa vurub.

Offsideplus.az xəbər verir ki, "Rockets"in oyun qurucusu Austin Rivers rəqib komandanın məşqçisi və eyni zamanda atası olan Dok Rivers üçün tekniki cərimə istəyib.

Rivers atasının hakimlərlə mübahisə etdiyi əsnada əl-qol hərəkətləri ilə texniki cərimə tələb edib. Hakimlər daha sonra Dok Riversi oyundan kənarlaşdırıb.

Sosial şəbəkələrdə geniş yayılan həmin görüntüləri təqdim edirik: