Bu gün final mərhələsi 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasimi baş tutub.

Offsideplus.az xəbər verir ki, yığmamızın də bu mərhələdəki rəqibləri bəlli olub.

Bu gün final mərhələsi 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib. Azərbaycan millisinin də bu mərhələdəki rəqibləri müəyyənləşib.

Millimiz Rusiya, Xorvatiya və Slovakiya ilə qarşılaşacaq.

Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək.