Qadınlardan ibarət voleybol millimizin sabiq üzvü Natalya Məmmədova karyerasını Çində davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, 35 yaşlı hücumçu "Liaoninq" klubu ilə anlaşıb. Məmmədovanın yeni komandası ilə müqavilə müddəti 2019-20 mövsümünün sonuna qədər nəzərdə tutulub. Xatırladaq ki, Natalya Məmmədova Avropada Rusiya, Türkiyə, İtaliya, İspaniya kimi ölkələrdə çıxış edib.