Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib. 

Offsideplus.az-ın məlumatına görə, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin də çıxış edəcəyi şəhər və qrup müəyyənləşib. 

Hollandiyanın Apeldorn şəhərində baş tutacaq turnir 7 - 12 yanvar 2020-ci ilə təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşaya qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika yer alacaq. Turnirin qalibi olimpiadaya vəsiqə qazanacaq. 

Kişilərin mübarizəsi isə 5 - 10 yanvarda Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü sınayacaq. 

Azərbaycan millisinin oyunlarının təqvimi.

07.01.2020 19:00. Polşa – Bolqarıstan
22:30. Azərbaycan – Hollandiya
08.01.2020 22:30. Bolqarıstan – Hollandiya
09.01.2020 19:00. Bolqarıstan – Azərbaycan
22:30. Hollandiya – Polşa
10.01.2020 23:00. Polşa – Azərbaycan
07.01.2020 16:00. Almaniya – Türkiyə
08.01.2020 16:00. Xorvatiya – Türkiyə
19:00. Belçika - Almaniya
09.01.2020 16:00. Belçika - Xorvatiya
10.01.2020 16:30. Almaniya - Xorvatiya
19:30 Türkiyə - Belçika
11.01.2020 20:15 A1 - B2
23:45. B1 - A2
12.01.2020 20:30. Final