Futzal üzrə Azərbaycan milli komandasının 2020-ci il dünya çempionatının elit-raunduna vəsiqə qazanıb.

Offsideplus.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv buna Bakı İdman Sarayında keçirilən əsas seçmə mərhələnin 3-cü qrupunda ən azı 2-ci yeri təmin etməklə nail olub. 

Yığma 2-ci turda Monteneqro üzərində də əzmkar qələbə qazanıb. İlk turda Moldovanı da 3:1 hesabı ilə yenən milli komanda xallarını 6-ya çatdırıb. Qrupda birinci yeri tutmaq üçün isə oktyabrın 26-da keçiriləcək son tur görüşündə Slovakiyaya qalib gəlmək lazımdır.

İlk turda Slovakiya Monteneqonu 5:0, bu gün isə Moldovanı 7:4 hesabı ilə yenərək, növbəti vəsiqəni təmin edib.

Dünya çempionatı

Əsas seçmə mərhələ, 3-cü qrup

20:00. Azərbaycan - Monteneqro - 3:2

Qollar: Bolinya, 5. Ramiz Çovdarov, 22. Amir Şocayi, 34 - Petar Peroşeviç, 8. Aleksandar Obradoviç, 10