Dünya birinciliyinin əsas mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandasının bu gündən Bakı şəhərində təlim-məşq toplanışı başlayıb.
Offsideplus.az xəbər verir ki, millimizin sabah - oktyabrın 17-də Bakı İdman Sarayında mətbuat üçün açıq məşqi keçiriləcək. 
 
Saat 10:30-da start veriləcək məşqdən 15 dəqiqə əvvəl baş məşqçinin və bir oyunçunun iştirakı ilə brifinq təşkil olunacaq.