Kişi basketbolçulardan ibarət Türkiyə yığması Çində keçirilən dünya çempionatının ilkin qrup mərhələsində sonuncu oyununa çıxıb. 

Offsideplus.az-ın məlumatına görə, Ufuk Sarıcanın baş məşqçi olduğu komanda mundialda ilk dəfə iştirak edən Çexiya ilə üz-üzə gəlib. Qarşılaşma Türkiyə millisinin məğlubiyyəti ilə yekunlaşıb - 76:91.

Qrupda yalnız Yaponiyanı məğlub edən (86:67) və ABŞ-a uduzan (93:92) Türkiyə yığması mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Bu komanda yalnız 17 - 32-ci yerlər uğrunda yarışacaq. Çexiya isə qruplarda ilk 2 yeri tutanlardan ibarət 16 ən güclü komandanın vəsiqə qazandığı növbəti qrup oyunlarında mübarizə aparacaq.