Qadın voleybolçular arasında Avropa çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi bu gün 5-ci - sonuncu görüşünə çıxıb. C qrupunda yer alan yığmamız Rumıniya ilə qarşılaşıb.

Qrupun digər oyununda isə ev sahibi Macarıstanla lider Hollandiya üz-üzə gəlib. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Covanni Kapraranın komandası qrup mərhələsini 5 oyundan sonra 10 xalla 2-ci pillə başa vurub. Yığmamız 1/8 final mərhələsində A qrupunda 3-cü yeri tutan komanda ilə qarşılaşacaq. Bu, ya Finlandiya, ya da Bolqarıstan millisi olacaq. Rəqib, komandaların bu gün öz aralarında keçirdikləri görüşdən sonra bəlli olacaq.

Qeyd edək ki, çempionatda ilk 7 yerin sahibləri Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Yarışın qalibi isə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.