Qadın voleybolçular arasında Avropa çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi 5-ci - sonuncu görüşünə çıxacaq.

Bu gün keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq. C qrupunda yer alan yığmamız son görüşündə Rumıniya ilə qarşılaşacaq. Pley-offa vəsiqəni təmin edən Covanni Kapraranın yetirmələri qrupu ən azı 3-cü pillədə tamamlamaq üçün rəqibinə məğlub olmamalıdır.

Qrupun digər oyununda isə ev sahibi Macarıstanla lider Hollandiya üz-üzə gələcək.

Avropa çempionatı

Qrup mərhələsi, V tur

29 avqust

17:30. Rumıniya - Azərbaycan

Qeyd edək ki, qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaq. Çempionatda ilk 7 yerin sahibləri Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Yarışın qalibi isə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.