Futzal üzrə Azərbaycan millisi Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup 2019” beynəlxalq turnirdə iştirak edəcək.

Offsideplus.az-ın məlumatına görə, yığma sentyabrın 22-dən 25-dək keçiriləcək turnirdə Rusiya, İran və Qazaxıstan kollektivləri ilə qarşılaşacaq. 

Turnirin təqvimi: 

22 sentyabr

Saat 13:00 Qazaxıstan – İran

Saat 15:30 Rusiya – Azərbaycan

23 sentyabr

Saat 16:00 İran – Azərbaycan

Saat 18:00 Qazaxıstan – Rusiya

25 sentyabr

Saat 15:00 Azərbaycan – Qazaxıstan

Saat 17:30 Rusiya - İran

Qeyd edək ki,oyunların başlama saatı yerli vaxtla göstərilib.