Azərbaycanda futzal üzrə Yüksək, Birinci və İkinci Liqalarda 2019/2020 mövsümünün başlama tarixi müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasında verilən məlumata görə, Yüksək Liqaya sentyabrın 11-də start veriləcək və bütün oyunlar eyni gündə keçiriləcək.

Birinci Liqanın açılış həftəsinin matçları 13-14 sentyabrda olacaq. İkinci Liqada I turun görüşləri sentyabrın 15-də baş tutacaq.

Bütün liqaların oyunları Bakı İdman Sarayında keçiriləcək.