Avropa çempionatına Sloveniyada hazırlaşan voleybol üzrə qadınlardan ibarət millimiz ilk yoxlama oyununda qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, hazırlıq proqramına əsasən komandamız meydan sahibləri ilə qarşılaşıb.

Oyun yığmamızın qələbəsi (3:0) ilə başa çatıb. Komandalar arasında sabah daha bir qarşılaşma keçiriləcək və bundan sonra yığmamız Avropa çempionatının keçiriləcəyi Macarıstanın Budapeşt şəhərinə yollanacaq. 
C qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya, Macarıstan yığmalarıdı.
Qeyd edək ki, son Avropa çempionatında millimiz IV yerin sahibi olub.