İyulun 4-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılacaq.

Offsideplus.az xəbər verir ki, komandalar milli assosiasiyaların reytinq cədvəlindəki mövqeyinə əsasında qruplara bölünəcək.

Reytinq cədvəlində ilk 3 pilləni tutan ölkələr yarışda 2 klubla təmsil olunacaqlar. Əgər son qalib ilk 3 pillədəki ölkələrdən birinin təmsilçisi olarsa, o zaman reytinqdə dördüncü olan ölkə yarışda 2 komanda ilə təmsil olunacaq. Son qalib isə Portuqaliyanın “Sportinq” klubu olub.

Buna görə də yeni mövsümdə Rusiya, İspaniya, Portuqaliya və Qazaxıstanın iki klubu qalib adı uğrunda yarışacaq. Azərbaycan isə reytinq cədvəlində 6-cı pillədə qərarlaşıb və ölkəmizi turnirdə son çempion “Araz” təmsil edəcək.(matc.az)