Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros"da qadınların mübarizəsində 1/4 final mərhələsinə start verilib. 

Offsideplus.az xəbər verir ki, Sloun Stivens Yohanna Konta ilə qarşılaşıb. 4 və 6-cı qeymlərdə breyk edən və servis oyunlarında xal verməyən britaniyalı tennisçi ilk seti aktivinə yazdırıb. İkinci setin ilk qeymində Stivensin servisindən xal çıxaran Konta üstünlüyünü sona qədər əldən verməyib. Beləliklə, 2:0 hesabı ilə qələbə qazanan Yohanna yarımfinala yüksəlib.

Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Qadınlar

1/4 final

Yohanna Konta (Böyük Britaniya) - Sloun Stivens (ABŞ) - 2:0 (6:1, 6:4)

Y. Konta üçüncü dəfədi ki, "Böyük dəbilqə" turnirlərində adını "son dördlük" sırasına yazdırmağı bacarır.(sport7.z)