Futzal üzrə Azərbaycan çempionu olan “Araz” klubu hücumçusu ilə yollarını ayırıb. 

Azərbaycan millisinin də formasını geyinən Xətai Bağırov karyerasını ölkə xaricində davam etdirməyə qərar verib. 

Bu gün Taylanda yola düşən X. Bağırov “Sisaket” klubu ilə 6 aylıq müqavilə imzalayacaq. Hazırda yaxşı günlərini yaşamayan klub uğursuzluq zolağından çıxmaq üçün Xətai Bağırovla bərabər braziliyalı futzalçıları da transfer edəcək. (ONA)