Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib. 

Offsideplus.az-ın məlumatına görə, finalda "Araz" və "Xəzər Cənub" komandaları üz-üzə gəlib. Qarşılaşma "Araz"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə komanda 14-cü dəfə Azərbaycan çempionu adını qazanıb. 

Üçüncü yer uğrunda görüşdə isə EKOL "Neftçi" İK-nı 4:2 üstələyərək bürünc medala sahib olub.