Futzal üzrə Yüksək Liqada sonuncu – IV dövrənin oyunları martın 15-də və 25-də keçiriləcək.

Offsideplus.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2 oyunçu qarşıdakı turu buraxacaq.

“Araz”ın qapıçısı Rövşən Hüseynli sarı vərəqə limitini doldurduğundan, "Yasamal MFK Baku" ilə görüşdə çərçivədəki yerini ala bilməyəcək. EKOL isə eyni səbəbdən bombardiri Namiq Məmmədkərimovun xidmətindən mərhum qalıb. Komandası XXII turda istirahət edəcəyinə görə, Məmmədkərimov növbəti turda meydana çıxmayacaq.

Məhəmməd Eyniyev, Tural Lətifov (hər ikisi "Yasamal" MFK), Rüfət Balakişiyev, Hamid Reza, Ali Abdollahi (hamısı "Neftçi" İK), Omid Nabat ("Xəzər Cənub") və İsa Atayev ("Araz") isə daha bir sarı vərəqə alarsa, cəzalı duruma düşəcək.