Bolqarıstanın Plovdiv şəhərində gənc sablyaçıların dünya kuboku mərhələsində millinin üzvü Aysel Əhədova qrupda 6 görüşdən 2-də udmaqla, pley-offa vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, 1/64 finalda Tunis idmançısı Xədicə Çemkiyə 15:11 qalib gələn həmyerlimiz, növbəti mərhələdə polşalı Suzanna Kayslara eyni hesabla yenilib. O, yekun sıralamada 63-cü olub.