2016-cı ildə evində bıçaqla hücuma məruz qalan çexiyalı tennisçi Petra Kvitova həmin anları xatırlayıb.
Offsideplus.az xəbər verir ki, məhkəmədə həmin gecə baş verənlərdən danışıb. Çexiyanın Brno şəhərində baş verən hadisəni xatıralan idmançı göz yaşlarını saxlaya bilməyib:
 
 
"Ağlayırdım, hər yer qan içində idi. Həmin gecə dopinq test üçün gələcək şəxsləri gözləyirdim. Bu səbəbdən qapını açarkən şübhələnmədim. Onun dopinq test üçün gəldiyini düşündüm" deyib Petra bildirib.
 
Gələn şəxsin villadakı isti su sistemi ilə bağlı bəzi şeylər soruşduğunu deyən Kvitova sistemin işləyib-işləmədiyini yoxlamaq üçün onunla birlikdə hamama daxil olub. Bu zaman cinayətkar bıçağı onun boğazına dayayıb: "O an hər şeyin bitdiyini düşündüm. Onunla mübarizə aparmağa qərar verdim və boynumu bıçaqdan qurtarmaq üçün əlimi işə saldım. Sonra yerə yıxıldım. Hər yerin qan olduğunu gördüm. Xalçanın üstündəki telefonu götürmək istədim, amma onu ayağı ilə vururaq uzaqlaşdırdı. Ona xəstəxanaya getməli olduğumu, nə qədər pul istədiyini dedim. O isə nə qədər pulumun olduğunu soruşdu. "1000 kunam (440 dollar) var" dedim. Pulu alıb getdi, bundan srnra təcili yardıma zəng etdim". 
 
 
Barmaqlarının kəsildiyini hiss etmədiyini deyən idmançı "5 barmağım da kəsilmişdi. 4 saalıq əməliyyat və 5 aylıq müalicə prosesi keçdim. Onun gözlərindəki ifadəni əsla unutmayacam" bildirib. 
 
Qeyd edək ki, Kvitova sol əlindən əməliyyat olunub və 2017-ci ildə kortlara geri dönüb. 
 
fanat.az