Futzal üzrə Yüksək Liqada 12-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, Bakı İdman Sarayında üç qarşılaşma baş tutub.

Öncə Yasamal derbisi olub. “Yasamal” FK çempionatın autsayderi “Yasamal” İSK-nı darmadağın edib.

Ardınca diqqətlər turun mərkəzi oyununa yönəlib. Son çempion və hazırkı lider “Araz” “Neftçi” ilə görüşüb. Yarışın potensial lideri olan sonuncular üstünlüyü qorumaq üçün uduzmamalı idi. Lakin daha üstün oyun nümayiş etdirən "Araz" qələbə qazanıb.

Günə digər iddialı – EKOL-un matçı ilə yekun vurulub. Liderlər qrupunda qərarlaşan komanda “Liman”ın qapısından 20 cavabsız top keçirib. Bununla EKOL ikinci pilləyə yüksəlib.

Ümumilikdə isə 3 oyunda qapılara 45 qol vurulub.