İspaniyanın paytaxtı Madrid şəhərində karate üzrə 24-cü dünya çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə beşqat dünya çempionu Rafael Ağayev tatamiyə çıxıb. O, Qvatemala idmançısı Allan Maldonado ilə görüşüb. Döyüş R.Ağayevin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Karateçimiz növbəti mərhələdə argentinalı Xulio İçiki ilə qarşılaşacaq.

Qeyd edək ki, fərdi yarışların ikinci günündə daha 6 karateçimiz tatamiyə çıxacaq.