Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli idmançı ABŞ-ın Florida ştatında baş tutan döyüşdə  Puerto Riko təmsilçisi Sahret Delqado ilə üz-üzə gəlib. Qarşılaşma üçüncü raundda Məcidovun rəqibini nokauta salması ilə başa çatıb.

Qeyd edək ki, bu M. Məcidovun karyerasındakı üçüncü döyüşü olub.