Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu günün görüşləri keçirilib

Offsideplus.az-ın məlumatına görə, bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxıb.

78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı İrina Kindzerska Fransa təmsilçisi Roman Dikko ilə üz-üzə gəlib.

Əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyən cüdoçu həlledici görüşdə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub. Kindzerskadan əvvəl Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev isə bürünc medal qazanıblar.