Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində  bürünc medal uğrunda görüşə çıxacaq.

Offsideplus.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Rusiya təmsilçisi Yakub Şamilova uduzub.

Qadınların yarışında 52 kq-da Gültac Məmmədəliyeva isə təsəlliverici görüşdə Ukraynadan olan Darida Belodidə uduzub.

 

***

 

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.

Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulub.

Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində 1/4 finala yüksəlib. 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ilk görüşündə Niderland təmsilçisi İvo İvo Verhorsterti məğlub edib. Ardınca gürcüstanlı Baqrati Niniaşvilidən üstün olub.

Eyni çəkidəki Nicat Şıxəlizadə Villian Limaya (Braziliya) uduzaraq mübarizəni dayandırıb.

60-dakı Kəramət Hüseynov da ilk qarşılaşmasında məğlub olub. O, fransalı Luka Mxeidze ilə bacarmayıb. Davud Məmmədsoy (60 kq) hindistanlı Vijay Kumar Yadavla dueldə qalib ayrılsa da, Qazaxıstanlı Qusman Kirgizbayevə uduzub.

Qadınların yarışında Aişə Qurbanlı Şirin Bouklinə (Fransa), Leyla Əliyeva isə Lauru Martinesə (İspaniya) məğlub olub. Əliyeva ilk görüşündə macarıstanlı Luka Mamiraya qalib gəlmişdi.

52 kq-da isə Gültac Məmmədəliyeva Qal-Od Tserentoqxodu (Monqolustan) məğlub etdikdən sonra, israilli Gefen Primodan üstün olub və Orxan Səfərov kimi 1/4 finala yüksəlib.

Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun qatıldığı turnirdə idmançılar Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları da qazanacaqlar. Böyük Dəbilqə 23 - 25 oktyabrda gerçəkləşəcək.