Güləş üzrə dünya çempionatları bu ilin dekabrında Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutacaq.

Offsideplus.az xəbər verir ki, qərar UWW İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Dünya çempionatının 2021-ci ildə Norveçin paytaxtı Oslodo keçirilməsi planlaşdırılırdı. Lakin İcraiyyə Komitəsi koronavirus riskini azaltmaq üçün böyüklər və gənclər arasındakı mundialı bir yerdə keçirmək qərarına gəlib.

Böyüklərin yarışı 12 - 20 dekabrda, gənclərin turniri isə 4 -10 dekabrda olacaq.

19 - 25 oktyabrda gənclər arasında Avropa çempionatı Şimali Makedoniyanın paytaxtı Skopyedə reallaşacaq.