Meksikanın 21 yaşlı boksçusu Havyer Qonsales vəfat edib.

Offsideplus.az “Boxingscene” nəşrinə istinadən xəbər verir ki, gənc və perspektivli idmançının ölümünə onkoloji xəstəlik səbəb olub. 2019-cu ildə onun boynunda və qasıq sümüyünün limfatik düyünlərində şişlər aşkar edilib.

Qeyd edək ki, Havyer Qonsales həmçinin üç dəfə Meksika çempionu olub. Peşəkar rinqdə 15 döyüş keçirən idmançı hamısında qalib gəlib.