UFC prezidenti Deno Uayt Həbib Nurməhəmmədovla Toni Ferqyuson arasında keçiriləcək döyüş üçün məkanı tapdığını bildirib.

Offsideplus.az xəbər verir ki, qurum rəhbəri hələlik yerin adını gizli saxlayıb və tamaşaçıların olmayacağını bəyan edib:

"Döyüşün harada olacağını bilirəm, ancaq hələ deməyə hazır deyiləm. Bu xüsusi bir idman hadisəsidir, və azarkeşsiz keçiriləcək".

Bundan başqa rusiyalı döyüşçü Həbib Nurməhəmmədov şəxsi "instagram" hesabından paylaşım edərək, döyüş üçün yeri gözlədiyini bildirib.

Qeyd edək ki, sözügedən döyüşün koronavirus səbəbindən keçirilməyəcəyi ilə bağlı xəbərlər yayılmışdı.