Boks üzrə qadınlardan ibarət Azərbaycan millisində yeni məşqçi təyinatı rəsmiləşib.

Offsideplus.az Azərbaycan Boks Federasiyasının saytına istinadla xəbər verir ki, 29 yaşlı Elvin Məmişzadə yığmanın böyük məşqçisi vəzifəsinə təyin olunub. O baş məşqçi Elbrus Rzayevin əsas köməkçisi funksiyasını yerinə yetirəcək. E.Məmişzadə, Olimpiya Təsnifat Turnirləri üçün hazırlaşan komandanın düşərgəsinə qoşulub.

Qeyd edək ki, Elbrus Rzayevin yetirməsi olan E.Məmişzadə I Avropa Oyunlarının və dünya çempionatının qalibi adına yiyələnib. Onun medal kolleksiyasında Avropa çempionatının gümüş (2010, Moskva) və bürünc (2013, Minsk) mükafatları da var.