Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatında uğur qazanan yunan-Roma güləşi üzrə milli komandamızı təbrik edib.
Offsideplus.az xəbər verir ki, özünün Tvitter səhifəsində dövlət başçısı yazıb:
“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Yığma 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.