Amerikalı MMA döyüşçüsü Qrent Douson sevgilisi Elli Vaqman və onun rəfiqəsi Laura Sanko ilə sparrinqə razılaşıb.

Offsideplus.az "Sportbible" saytına istinadla xəbər verir ki, Sankonun “Twitter” hesabından paylaşdığı videoda 25 yaşlı Dousonun eyni anda iki rəqibi ilə döyüşdə qalib gəldiyi öz əksini tapıb.

Sanko videoya “Qrent dedi ki, ikimizin də öhdəsindən gələ bilər... və məlum oldu ki, düz deyir!” başlığını yazıb.

Qeyd edək ki, Douson Mütləq Döyüş Çempionatında (UFC) iştirak edən Qrentin hesabında 14 qələbə və bir məğlubiyyət var. Sevgilisi Elli Vaqman isə həvəskar döyüşçüdür.