Mart ayının 5-də Boks İdman Mərkəzində 11-ci Beynəlxalq "Baku Open" Karate Turniri start götürəcək.

Offsideplus.az xəbər verir ki, 4 gün davam edəcək yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edəcəklər.

Fərdi və komanda yarışlarında 10-dan artıq ölkədən 1000-dək idmançının iştirakı gözlənilir.