Həbib Nurməhəmmədovla Konor Makqreqorun revanş döyüşü baş tuta bilər.

Offsideplus.az xəbər verir ki, Həbib Nurməhəmmədov həmkarı Konor Makqreqorun ikinci dəfə döyüşmək təklifinə razılıq verib.

Revanş döyüşü isə yüksək pul müqabilində baş tutacaq.

Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov oğlunun İrlandiyalı döyüşçü ilə hansı məbləğə döyüşəcəyini açıqlayıb:

“Bizə də Konor ilə yenidən döyüşmək lazımdır. Ancaq bunun üçün 100 milyon dollar verilməlidir. Ferqyusonla döyüşdən bir gün sonra bu məbləği ver, niyə də revanş olmasın ki?” - deyə Abdulmanap Nurməhəmmədov bildirib.