Badmintonçu Kento Momota Malayziyadakı turnirdən sonra qəza keçirib.

Offsideplus.az xəbər verir ki, Dünya reytinqində ilk pillədə qərarlaşan idmançı “Masters” seriyalı yarışdakı qələbəsindən sonra hava limanına getdiyi mikroavtobus yük maşını ilə toqquşub. 26 yaşlı badmintonçunun burnu sınıb və üzündə kəsiklər əmələ gəlib. Məşqçilər, nümayəndələr və digər idmançılar yüngül xəsarətlər alıblar. Sürücü isə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Kento Momota 2018 və 2019-cu illərdə həm Asiya, həm də dünya çempionu olub.