Bakı idman sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı start götürüb.

Offsideplus.az xəbər verir ki, qadınların yarışında -48kq, -57kq, -70 kq, kişilərin mübarizəsində isə -60kq, -73kq və -90kq çəki dərəcəsində final görüşləri keçirilib. Ramilə Əliyeva, Yaşar Nəcəfov, İçinxorloo Munxtsedev, Telman Vəliyev, Günel Həsənli və Məmmədəli Mehdiyev ölkə çempionu adını qazanlblar.

Turnirdə 332 cüdoçu mübarizə aparır.