Azərbaycan cüdoçuları 2019-cu ildə beynəlxalq yarışlarda 121 medal qazanıblar.

Offsideplus.az "Judobase"yə istinadən xəbər verir ki, medallardan 31-i qızıl, 33-ü gümüş, 57-si isə bürünc olub. Azərbaycan bu göstərici ilə 17-ci pillədə qərarlaşıb.

 Böyüklər, gənclər və yeniyetmələr arasında keçirilən rəsmi yarışların nəticələrinə əsasən tərtib olunan siyahıda 510 medalla (144-133-233) Rusiya başçılıq edir.