Ölkəmizin  kişilərdən və qadınlardan ibarət cüdo üzrə milli komandalarının aparıcı üzvləri Çinin Tsindao şəhərində təlim-məşq toplanışını davam etdirirlər.

Offsideplus.az xəbər verir ki, cüdoçularımız dekabrın 12-də start götürəcək bu ilin ən nüfuzlu yarışlarından biri olan “Masters” turnirinə hazırlaşırlar.

Yığma komanda Çinə Yaponiyanın Osaka şəhərində keçirilmiş “Böyük dəbilqə” turnirində iştirak etdikdən və 3 həftəlik təlim-məşq toplanışından sonra yola düşüblər.

Tsindaoda keçiriləcək yarışda ölkəmizi 8 kişi, 3 qadın cüdoçu təmsil edəcək.