Cüdo üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Peter Zayzenbaher 5 il müddətinə azadlıqdan məhrum edilib.

Offsideplus.az "BBC"yə istinadən xəbər verir ki, ikiqat Olimpiya çempionu  pedofiliyaya görə ittiham olunduğu bütün maddələrlə günahkar bilinib.

 Zayzenbaher özünü günahkar hesab etmədiyini və bunun ona qarşı qurulan plan olduğunu bildirib

Xatırladaq ki, Zayzenbaher ilk dəfə Azərbaycan yığmasına 2012-2014-cü illərdə çalışdırıb. Onun rəhbərliyi altında Elxan Məmmədov Azərbaycanın cüdo tarixində ilk dünya çempionu adını qazanıb. 2015-ci ildə Zayzenbaher yenidən Azərbaycana dəvət edilib və Rioda keçirilən Olimpiadada onun başçılıq etdiyi komanda iki gümüş medal qazanıb.