Olimpiya çempionu Əbdülrəşid Sədulayev Qazaxıstanın paytaxtı Nur Sultanda keçirilən dünya çempionatındakı zəfərdən sonra İmam Şamilin şəkli olan köynək geyindiyinə görə dörd aylıq diskvalifikasiya olunub.
Offsideplus.az xəbər verir ki, Sadulayevin özü sobytiya.news saytına bu barədə məlumat verib.
"Birləşmiş Güləş Dünyası" beynəlxalq idman federasiyası tərəfindən cəzalandırılan 23 yaşlı idmançının bu hərəkəti siyasi və dini baxışlarını ifadə etmək kimi qəbul edilib. O qələbəni Çeçenistanın başçısı Ramzan Kadırovun məşhur açıqlamalarından sonra Şeyx Şamilə həsr etdiyini bildirmişdi. Olimpiya çempionunun cəza müddəti 21 yanvar 2020-ci ildə sona çatacaq.
Xatırladaq ki, Qazaxıstanın paytaxtında Rusiya komandasının lideri Sədullayev 4-cü dəfə dünya çempionu titulunu qazanıb.