Bpksçumuz Məhəmmədrəsul Məcidov peşəkar boksda ikinci döyüşünü keçirəcək.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı idmançının rəqibi ingiltərəli Tom Litll olacaq. Qarşılaşma dekabrın 7-də Səudiyyə Ərəbistanında baş tutacaq.

Məcidov peşəkar rinqdəki ilk döyüşünü sentyabrın 13-də Nyu-Yorkda amerikalı Ed Fonteynə qarşı keçirib və qalib gəlib.