Noyabrın 21-də FHN-in idman-sağlamlıq mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı birinciliyinə start veriləcək.

Offsideplus.az xəbər verir ki, noyabrın 22-dək davam edəcək yarışın birinci günündə qadınlar arasında 48, 57, 70, kişilərin mübarizəsində isə 60, 73 və 90 kiloqram çəki dərəcələrində cüdoçular medallar uğrunda mübarizəyə qoşulacaqlar.