UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanal Nurməhəmmədov Moskva barədə danışıb. 
Offsideplus.az xəbər verir ki, Abdulmanal moskvalıların davranışlarını bəyənmədiyini bildirib. O, bu şəhərdə gənclərin yaşlılara hörmət etmədiyini qabardıb: 
"Bir çox məqamlar məni özümdən çıxardır. Metraya daxil oluram, görürəm ki, gənclər oturub, qadınlar və yaşlı insanlar isə ayaq üstə qalıb”.