Məşhur azərbaycanlı MMA döyüşçüsü  Vüqar Kərəmov dünyanın ən nüfuzlu təşkilatlarından olan "Bellator”da karyerasının 16-cı peşəkar qarşılaşmasına çıxıb.  Keçirdiyi son 9 döyüşün hamısında qalib gələn idmançımızın bu dəfəki rəqibi təcrübəli brazilyalı döyüşçü, 70 kq çəki dərəcəsində Qustavo Vurlitzer olub. İdmançımız rəqibinə nokautla qalib gəlib.

Qeyd edək ki, Vüqar Kərəmov "Bellator"da döyüşən ikinci azərbaycanlı oldu. Ondan əvvəl isə Cəmil İbrahimov bu nüfuzlu təşkilatda döyüşmüşdü.