22-24 noyabrda Yaponiyanın Osaka şəhərində cüdoçuların “Böyük dəbilqə”si keçiriləcək.

Offsideplus.az xəbər verir ki, yarışa 99 ölkədən 600-ə yaxın kimono ustası qatılacaq. Millimiz orada geniş heyətlə təmsil olunacaq.

Bunlar Oruc Vəlizadə, Davud Məmmədsoy (hər ikisi – 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Telman Vəliyev (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) gücünü sınayacaqlar.

Qadınlarda Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi – 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçinxorloo Munxtsedev (57 kq) mübarizə aparacaqlar.

“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.