Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası bə məşqçisi Abdulmanap Nurməhəmmədov oğlunun amerikalı boksçu Floyd Meyvezerlə mümkün görüşünü “İnstagram”da şərh edib.

Offsideplus.az xəbər verir ki, o bildirib ki, amerikalı idmançının oğlu ilə döyüşmək arzusuna hörmət bəsləyir. Amma onu da qeyd edib ki, buna qədər oğlu “UFC tarixində ən yaxşı döyüşü” keçirməli, bundan sonra boksa keçməlidir. 

“Biz birinci dəfə boksda çıxış edəcəyik. Buna görə bizə Lomaçenkonun düşərgəsi lazım olacaq. Niyə də yox?!”