Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyusonun mümkün döyüşünün vaxtı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun prezidenti Deyna Uayt məlumat verib. O, döyüşün gələn ilin martında keçirləcəyini bildirib.

D.Uayt hazırda tərəflər arasında bəzi detalların razılaşdırılması prosesinin getdiyini vurğulayıb.