Azərbaycan karateçisi Rauf Abdullayev Çexiyanın Karlovı Vari şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. 

Offsideplus.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı karatenin şotokan növündə mübarizə aparıb və bütün rəqiblərini üstələyib. 

38 yaşlı karateçi finalda Rumıniya təmsilçisini məğlubiyyətə uğradıb. 

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) mühafizə departamentinin idman təlimatçısı vəzifəsində çalışan Abdullayev bunları söyləyib: "Bu nailiyyəti bir dəmiryolçu kimi, oktyabrın 13-də qeyd etdiyimiz peşə bayramına həsr edirəm".

Qeyd edək ki, R.Abdullayev 2013-cü ildə Serbiyanın Novi Sad şəhərindəki mundialda da qızıl medal qazanıb.